26 C
Baku
29 Sentyabr 2022 / 12:52

Həftənin ilk iş gününə olan hava proqnozu AÇIQLANDI

Avqustun 8-ə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında Dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Günün birinci yarısında yarımadanın bəzi yerlərində  yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33°  isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz  30-32° isti olacaq. Atmosfer təzyiqi  756 mm civə sütunudan 760 mm civə sütununa yüksələcək.  Nisbi rütubət  60-65 % olacaq.

Abşeron çimərliklərində Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Dəniz suyunun temperaturu, şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz  18-23° isti olacaq.

Related posts

Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlarda yağış yağacaq

Arif Turan

Yağış, qar yağacaq, güclü külək əsəcək – XƏBƏRDARLIQ

Arif Turan

Bazar günü hava necə olacaq?

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq