4 C
Baku
04 Dekabr 2022 / 13:31

Həbs olunan MƏŞHURLAR və törətdikləri CİNAYƏTLƏR

Şou dünyasında görəndükdə çox təəccüblənəcəyiniz məşhur adlar bir vaxtlar həbs olunub. Cəmiyyətə örnək olan, davranışlarına fikir verməli olan məşhur adların cinayətləri, həbsi cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Cinayət törədən məhşurlar cəzalarını çəkib, sonradan azadlıqlarına qovuşublar.

Legitim.az bir zamanlar yolu həbsxanadan keçən məhşurları təqdim edir:

 

Fədayə Laçın: “Yalandır” - VİDEO » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Fədayə Laçın: Müğənni 2018-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan “kriminal avtoritet”ə və bir neçə məhbusa yardım etməkdə təqsirləndirildiyi üçün həbs edilib. Fədayə Laçın 2019-cu il oktyabrın 29-da azadlığıa çıxıb və yenidən səhnəyə qayıdıb.

Oxu.az - Samir Cavadzadə: Ailə, uşaq istəyirəm

Samir Cavadzadə: “Eurovision” mahnı müsabiqəsinin təmsilçisi müğənni Samir Cavadzadə otaq yoldaşını bıçaqladığına görə 2011-ci ildə saxlanılıb. 1 ildən çox həbsxanada qalan müğənni sonradan azadlığa buraxılıb

Tanınmış prodüser Təranə Səmədova həbs edildi

Təranə Səmədova: Tanınmış prodüser 2018-ci ildə Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham edilərək Nərimanov rayon Məhkəməsinin hökmü ilə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Tanınmış müğənni Vüsal Əliyev ağır yol qəzasına düşüb » Atatv.az

Vüsal Əliyev: Bu müğənni də həbs olunan məşhurlardandır. O, Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Müğənni  2012-ci ildə Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib. Bir neçə gün həbsdə qalan müğənni Xətai Rayon Məhkəməsinin qərarına əsasən himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınaraq sərbəst buraxılıb.

Verilişdən qovulan Maral Tahirqızı: "Bu yaxınlarda Şakira ilə..." » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Maral Tahirqızı: Müğənni təkrar olaraq əxlaqsızlıq yuvaları təşkil etmə maddəsi ilə təqsirli bilinib və o, 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə ittiham edilərək barəsində 3 il müddətinə azadlıqdan məhrum edilib. Müğənni Maral Tahirqızı 2017-ci ilin oktyabr ayında həbsdən azad edilib.

İlham Mirzəyev şou-biznesdən DANIŞDI: “Çox qudurmuşduq!” | KONKRET

İlham Mirzəyev: Tanınmış aparıcı 2014-cü il aprelin 11-də dələduzluq ittihamı ilə həbs olunub. Nərimanov rayon məhkəməsi İ.Mirzəyevin 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Sonra Bakı Apelyasiya Məhkəməsi onun barəsində olan hökmü dəyişib və cəzanın müddəti 3 il 6 aya endirilib.

SON DEQIQE: Kamil Zeynalli hebs edildi

Kamil Zeynallı: İdmançı bir neçə dəfə xuliqanlıqda ittiham olunaraq həbs olunub.

Oxu.az - Aqil M.Quliyev: Aramızda seksdən... – VİDEO + FOTO

Aqil. M. Quliyev: Tanınmış rejissor 150 min manat borcu olduğu, lakin pulu geri qaytarmadığı üçün Xətai Rayon Məhkəməsin qərarı ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Dado yeni hitini təqdim etdi: "Ol mənim" - VİDEO - xeberler

Dado: Məhşur repçi Dövlət Yol Polisi ilə bağlı kəskin tənqidi fikirlər səsləndirdiyi üçün 2013-cü ildə saxlanılıb və bir müddət sonra sərbəst buraxılıb.

Aparıcı Zaur Kamal Tunara görə polisə müraciət etdi - son xeberler

Tunar Rəhmanoğlu: “Azəri qızı” Günelin qardaşı, bəstəkar Tunar Rəhmanoğlu 2013-cü ilin may ayında  “avtoşluq” etməsi və polisin qanuni tələblərinə riayət etməməsi səbəbindən 10 gün müddətinə həbs cəzasına məhkum olunub.

Elşad Xose Kimdir? | Elşad Xose Haqqında

Elşad Xose: Tanınmış reper Elşad Xose narkotikdən müntəzəm istifadə etdiyinə görə həbs olunub və bir müddət məhkum həyatı yaşayıb.

Cavid Huseynov azadliqdan mehrum edile biler

Cavid Hüseynov: Tanınmış futbolçu Cavid Hüseynov da məhkumluq həyatı yaşayıb. Belə ki, futbolçu 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülərək öldürülən jurnalist Rasim Əliyevin ölümündə günahlandırılaraq 4 il müddətinə azadlıqdan məhrum olunub. Amma buna baxmayaraq, 2016-cı ilin oktyabrında vaxtından əvvəl azadlığa buraxılıb.

Qeyd edək ki, yazıda adı keçən bu məhşurlar barəsində olan məumatlar internet informasiya resurslarından əldə olunub.

Related posts

Afət şərt qoydu: “50 min versinlər, həyat yoldaşımdan danışım” – VİDEO

Arif Turan

Əməkdar artist Baloğlan Əşrafov Masallıda dəfn ediləcək

Arif Turan

Aşıq Namiq daha bir qadına qarşı seksual zorakılıqda ittiham olunur

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq