27 C
Baku
14 İyun 2021 / 13:36

Gümrüdə Paşinyan və Koçaryanın tərəfdarları arasında toqquşma oldu

Gümrüdə Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyanın tərəfdarları ilə keçmiş prezident Robert Koçaryanı dəstəkləyənlər arasında toqquşmalar olub.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, seçkiqabağı kampaniya çərçivəsində Gümrüyə gedən Paşinyan və tərəfdarları “Vardanants” meydanında mitinqdən sonra şəhərin mərkəzinəyürüş təşkiil ediblər. Paşinyanın tərəfdarları “Ayastan” blokunun qərargahı yaxınlığından keçərkən Koçaryanın tərəfdarları ilə əvvəlcə mübahisə baş verib. Daha sonra isə bu mübahisə davaya çevrilib.

“Ayastan” blokunun koordinatorlarından olan Karapet Poqosyan birinci olaraq Baş nazirin tərəfdarlarının başladığını iddia edib. O, həmin hadisənin görüntüsünü paylaşacağına da söz verib.

Related posts

KİV: Donald Tramp vəzifə borcuna səhlənkar yanaşır

Arif Turan

İki həftədir axtarılan prezidentin öldüyü məlum oldu

Arif Turan

Ermənistanda son sutkada koronavirusdan 17 nəfər ölüb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq