29 C
Baku
01 İyul 2022 / 17:55

Füzulidə beynəlxalq minatəmizləmə şirkətinin əməkdaşını ilan sancıb

İyunun 22-də Minatəmizləmə Agentliyi ilə (ANAMA) əməkdaşlıq edən RPS Energy Ltd. şirkətinin nümayəndəsini Füzuli rayonunda xidməti vəzifəsini yerinə yetirərkən ilan sancıb.

Bu barədə BAKU.WS-ə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticədə nümayəndəyə ANAMA-nın tibbi yardım heyəti tərəfindən ilkin yardımla yanaşı, ilan sancması zamanı zəruri olan bütün müvafiq səylər göstərilib: “Həkimlərin peşakarlığı sayəsində zərərçəkmişin vəziyyəti operativ şəkildə təhlil olunub və ilk yardım dəstində mövcud olan ilan əleyhinə zərdab vurulub. Zəruri müayinələrdən keçirilməsi üçün nümayəndə xəstəxanaya göndərilib. Vəziyyəti qənaətbəxşdir”.

Related posts

Ağdamlılar rayonlarının işğaldan azad olunmasını bayram edirlər – VİDEO

Arif Turan

Rusiyalı mütəxəssis: “Qapaqlı maska taxmış yoluxmuş insan başqalarını da yoluxdurur

Arif Turan

Müdafiə Nazirliyi: “Ermənistan tərəfinin yaydığı xəbər dezinformasiyadır”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq