20 C
Baku
22 May 2022 / 18:38

FIFA prezidenti “Qarabağ”ı çempionluq münasibətilə təbrik edib

FIFA prezidenti Canni İnfantino “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünün qalibi olması münasibətilə təbrik edib.

Bununla əlaqədar ali futbol qurumunun rəhbəri AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb.

Məktubda deyilir: “Bütün komandanın gərgin əməyi, şövqü və fədakarlığı olmadan belə nəticə mümkün olmazdı. Bununla əlaqədar klubun hər bir üzvü böyük qürur hissi keçirə bilər. Zəhmət olmasa, mənim təbrikimi bu möhtəşəm zəfərin qazanılmasında pay sahibi olan hər kəsə çatdırın”.

“Fürsətdən istifadə edərək sizə və rəhbərlik etdiyiniz assosiasiyaya Azərbaycanda və Avropa futbolun inkişafına və tərəqqisinə verdiyiniz töhfələrə görə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm. Ən yaxın zamanda sizinlə görüşümüzü səbirsizliklə gözləyirəm”, – deyə İnfantino əlavə edib.

Related posts

“Real”ın yeni baş məşqçisi bəlli oldu

Arif Turan

“Marakana”nın adı dəyişib, Pele stadionu ola bilər

Arif Turan

İki azərbaycanlı hakim ali beynəlxalq kateqoriyaya yüksəlib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq