26 C
Baku
29 Sentyabr 2022 / 12:47

Faiq Ağayev: “İçim ağlaya-ağlaya gülməyi ondan öyrəndim”

“Xoşbəxt insanam ki, Yaşar Nuri kimi dahi aktyorun tələbəsi olmuşam. Onu pərişan, neqativə köklənmiş görmədim. Hətta vəfatından bir neçə gün öncə görüşmüşdük. Onda belə həm davranışında, həm də danışığında çox böyük nikbinlik var idi”.

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev verilişlərin birində mərhum Xalq artisti Yaşar Nuri haqda danışarkən deyib.

Sənətçi aktyorun bəzi danışıqlarının ona atasını xatırlatdığını bildirib:

“Heç vaxt dünyanın çətinliklərinə boyun əymirdi. Sözün həm hərfi, həm də məcazi mənasında dik duruşu var idi. Məni həmişə soyadımla çağırardı. Ağayev, televizoru, radionu yandırıram, elə sənsən. Soyuducuya qorxa-qorxa yaxınlaşıram.

Yaşar müəllimin bəzi xasiyyəti və danışıqları mənə atamı xatırladırdı. Xəstəliyə təslim olmurdu, döyüşürdü. Təbii ki, pis olurdum, amma özü nikbin idi deyə, gülümsəyirdi. Onda Yaşar müəllimin öyrətdikləri kömək etdi. Karıma gəldi ki, içim ağlaya-ağlaya üzüm gülsün. Mənim üçün aktyorluq sənətində Azərbaycanın günəşi idi. Ailəsiylə əlaqə saxlayırıq. Doğmamı itirdim, içim sındı. Ustad, əminəm ki, yerin rahatdır. Allahın sevimli bəndələrindən biri idin. Görüşənədək ustad, gəlib əlindən öpəcəm”.

Related posts

Acuna 165 minlik təzminat davası

Arif Turan

Vəzifəli şəxs Kəmalə Qaramollayevaya ev və maşın hədiyyə edib – VİDEO

Arif Turan

Cavanşir Məmmədov saatının 114 min avroya olduğunu açıqladı

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq