20 C
Baku
22 May 2022 / 18:45

Fərruxda itkin düşən hərbçinin anası: “İlqarı 6 aydan sonra “gördüm” deyən olmadı” – VİDEO

Bugünlərdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkarlanan insan qalıqlarının Birinci Qarabağ müharibəsində şəhid olmuş şəxslərə aid olması ehtimalı 30 il bundan əvvəl Fərrux yüksəkliyi uğrunda döyüşlərdə itkin düşmüş Bakı sakini İlqar Məmmədovun yaxınlarını da ümidləndirib.

Məmmədov İlqar Şirzal oğlu 1971-ci il sentyabr ayının 8-də Bakı şəhərində anadan olub. İlk təhsilini şəhərin 240 nömrəli tam orta məktəbdə alıb. Daha sonra təhsilini peşə təhsil müəssisəsində davam etdirib. Oranı bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sovet ordusunda həqiqi hərbi xidmətdə olub.

İ.Məmmədov 1991-ci ildə hərbi xidmətdən qayıdıb. 1992-ci ildə isə könüllü olaraq silaha sarılaraq Birinci Qarabağ müharibəsinə qatılmaq üçün Laçın rayonuna yollanıb. Daha sonra Kəlbəcər və Ağdam rayonlarına yola düşüb.

İ.Məmmədovun anası Pərvər Məmmədova qeyd edib ki, oğlu Birinci Qarabağ müharibəsinə qatıldıqdan bir müddət sonra onun sorağını ala bilməyiblər:

“Həmin il oğlumu müxtəlif yerlərdə, məkanlarda “gördük”, “oxşatdıq” deyənlər çox idi, lakin bu, 6 ay çəkdi. İlqarı 6 aydan sonra “gördüm” deyən olmadı…

1992-ci ildə Ağdamda bir qardaşım Tağı Məmmədov şəhid olub, Ağdərə uğrunda gedən döyüşlərdə isə digər qardaşım Məhərrəm Məmmədov itkin düşdü. Oğlum müharibə zamanı səhər tezdən evdən xəbərsiz çıxaraq könüllü döyüşlərə yollanıb”.

P.Məmmədovanın sözlərinə görə, təxminən 30 ildir İ.Məmmədovu axtarsalar da, nəticəsiz qalıb.

Qeyd edək ki, Qarabağ iqtisadi rayonuna daxil olan Xocalı rayonunun Fərrux kəndi və ətraf yüksəklikləri 2022-ci il mart ayının sonlarında Azərbaycanın tam nəzarətinə keçib. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanata uyğun olaraq kənd Rusiya sülhməramlı qüvvələrinin nəzarətində idi. Ancaq qanunsuz erməni silahlı dəstələri 30 il əvvəlki kimi Fərruxdan Azərbaycan Ordusunun mövqelərinə atəş açmağa başlamışdı. Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib.

Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndindəki mövqelərdə qazıntı işləri apararkən insan meyitlərinin qalıqları aşkarlanıb.

/report

Related posts

Baş naziri üç dəfə su dalınca göndərən aşpaz: “Prokuror mənə yemək bişirdi”

Arif Turan

“Evimi sökənlərin arxasında icra başçısı Asif Əsgərov dayanır” – Bakıda tikinti şirkətinin özbaşınalığı FOTO VİDEO

Legitim Legitim

Əsl adı Pənah idi, kasıb atası ona yalnız keçi dərisindən dəf düzəldə bildi – Sürücü, vaqon ustası, montyor Alim Qasımov – Maraqlı faktlar

Legitim Legitim

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq