20 C
Baku
22 May 2022 / 18:09

Fərid Qayıbov: “Nazir olandan sonra dostlarımın sayı artıb”

“Nazir olandan sonra həyatımda çox şey dəyişib. 30 il görmədiyim insanlar məni yada salır, dostlarımın sayı artıb. Buna normal baxıram”.

Legitim.az “Report”a istinadən xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov “ASAN Radio”nun “QəbuldASAN” verilişində qonaq olarkən deyib.

Nazir bildirib ki, indi də küçədə əvvəlkitək rahat gəzə bilir: “Sadəcə, qapalı yerlərdə bir az çətinlik olur. Bu da normaldır. İnsanlar yaxınlaşıb mənimlə şəkil çəkdirəndə oğlum daha çox sevinir”.

F.Qayıbov hər həftənin çərşənbə günü digər nazirlərlə futbol oynadığını söyləyib: “Mayın 15-də Bakı marafonunda iştirak edəcəyəm. İdman naziri kimi deməliyəm ki, idmanla məşğul oluram (gülür)”.

Related posts

“Müharibədə ölən erməni hərbçilərinin sayı məlum deyil” – Ermənistanın hərbi prokuroru

Arif Turan

Sabah yağış yağacaq, külək əsəcək – PROQNOZ

Arif Turan

Manaf Ağayevin Füzuliyə qanunsuz səfəri ilə bağlı polislər cəzalandırılacaq

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq