24 C
Baku
14 İyun 2021 / 12:22

“Ermənistan Azərbaycanın Xəzərdəki limanlarından istifadə edə bilər”

“Azərbaycanın Xəzər dənizindəki limanlarından  Ermənistanın istifadə etmək imkanı yarana bilər”.

Legitim.az xarici mətbuata istinadən xəbər verir ki, bu fikirlərin müəllifi Rusiya Federasiyası baş nazirinin müavini Aleksey Overçukdur. Onun sözlərinə görə, üçtərəfli işçi qrupu çərçivəsində bölgənin blokadadan çıxarılması istiqamətində müzakirələr aparılır. Bu problemin həllində açar rolunu Ermənistanın blokadadan çıxması oynayır:

“Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqələrinin bərpasına da baxılır. Eyni zamanda, Ermənistandan Rusiyaya Azərbaycan ərazisindən keçməklə nəqliyyatın bərpası müzakirə olunur. Bundan əlavə, Ermənistanın Xəzər dənizindəki Azərbaycan limanlarından istifadə etməklə mallarını Orta Asiya ölkələrinə və ya əksinə daşıması üçün imkanı yarana bilər” – deyə Overçuk vurğulayıb. (Konkret.az)

Related posts

Məzahir Pənahov “Şərəf” ordeni ilə təltif edilib

Arif Turan

Mehriban Əliyeva YAP Sədrinin I müavini təyin olunub

Arif Turan

Türkiyədə həbsdə olan Mübariz Mənsimov MƏHKƏMƏDƏ NƏLƏR DEDİ?

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq