4 C
Baku
04 Dekabr 2022 / 13:55

Ermənipərəst britaniyalı deputat irqçi çıxışına görə partiyadan kənarlaşdırılıb

Rupa Huq – Ermənipərəst britaniyalı deputat, etdiyi şərhə görə partiyadan kənarlaşdırılıb.

APA-nın Böyük Britaniya bürosunun xəbərinə görə, Leyboristlər Partiyasından olan deputat Rupa Huq, maliyyə naziri Kvasi Kvartenqə qarşı işlətdiyi irqçi sözlərə görə partiyadan kənarlaşdırılıb.

O, partiyasının Liverpul şəhərində keçirilən iclasında naziri “səthi olaraq qaradərili” kimi təsvir edib.

Leyboristlər partiyasının sözçüsü, Rupa Huqun sözlərini pisləyərək belə bir şərhin tamamilə yersiz olduğunu qeyd edib. Mühafizəkarlar partiyasının sədri Ceyk Berri də Rupa Huqun şərhlərini pisləyib.

Rupa Huq haqqında partiyası tərəfindən araşdırma başlanıb. Araşdırmanın nəticələri məlum olana qədər o, parlamentdə müstəqil deputat kimi fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, Rupa Huq ötən il Böyük Britaniya xarici işlər nazirliyinə müraciət edərək qondarma erməni soyqırımını tanımaqla bağlı çağırış etmişdi.

Related posts

Prezident İlham Əliyev: “Bu gün Azərbaycan-Türkiyə qardaşlığı və dostluğu bütün dünya üçün bir nümunədir”

Arif Turan

Milli Məclis sədrinin köməkçilərinin sayı azalıb – Yeni yaradılan şöbəyə təyinat olub

Arif Turan

Londonda erməni terrorunun qurbanları yad edilib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq