29 C
Baku
01 İyul 2022 / 17:08

“Düşünürdüm ki, hakimlər bizi sıxacaqlar” – Vitali Borisov

“Ağır oyun idi. Hamımız yaxşı oynadıq və sona qədər döyüşdük. Əlimizdə düşən fürsəti dəyərləndirdik və qol vurduq”. Bu sözləri  müsahibə zamanı Azərbaycan mini-futbol millisinin üzvü Vitali Borisov deyib.

Təcrübəli futzalçı komandamızın Avropa çempionu olmasından və final matçından söz açıb: “Rumıniyaya qrupda uduzmuşduq. Bilirdik ki, turnirin ən güclü komandalarından biridir. Qalib gəldik və buna görə sevinirəm. Çempionata gedəndə inanırdıq ki, yaxşı nəticə qazanacağıq. Amma çempion olmaq…Bunu artıq matçlarda qələbə qazandıqca düşünməyə başladıq. İnam yarandı ki, bunu edə bilərik. Daha yaxşı temp tapırdıq özümüzdə. Əhval-ruhiyyətimiz yüksəlirdi”.

Borisov uzun illər oynadığı futzalla mini-futbolu müqayisə edib: “Mini-futbol futzaldan daha asandır. Çünki futzalda sən 4 oyunçu və 1 qapıçı ilə meydana çıxırsan. Mini-futbolda isə 5 futbolçu var meydanda. Digər məsələ odur ki, burada topu istədiyin qədər qapıçıya verə bilərsən, amma futzalda bunu edə bilmirsən. Belə amillər daha çox oynayana kömək edir. Qapçı da ayaqla yaxşı oynayırsa, deməli üstünlük var. Həm də futzal daha dinamik oyundur”.

39 yaşlı oyunçu turnirdə tanıdığı futzalçıları gördüyünü bildirib: “Turnirdə futzaldan tanıdığım oyunçular var idi. İtaliya millisindən Fabianonu yaxşı tanıyıram. O, 2011-ci ildə mənimlə birlikdə “Araz”da oynayırdı. Serbiya millisində, Ukrayna millisində, Moldova millisində tanıdıqlarım meydana çıxırdılar. Hiss olunurdu ki, çox uşaqlar futzaldan gəlib. Çünki topu özlərində daşımaqlarından bunu sezmək olurdu”.

Vitali ən çətin oyununun Slovakiyaya qarşı keçdiyini sözlərinə əlavə edib: “Ən çətin oyun Slovakiyaya qarşı idi. Düşünürdük ki, hakimlər ev sahiblərinə müəyyən qədər kömək edəcəklər, bizi sıxacaqlar. Belə də oldu. Açığı, düşünmürdüm ki, hakim penalti nöqtəsini göstərər. Açıq-aşkar cərimə olsa da, buna inanmırdım. Penaltimiz verdi, amma sonra əvəzin çıxaraq olmayan yerdə Vüsal İsayevə qırmızı vərəqə göstərdi. Bizi azlıqda saxladı. Orada da elədir ki, 5 dəqiqə meydanda azlıqda qalırsan. Futzalda isə bu 2 dəqiqədir. Amma uşaqlar mübarizə apardı”.

Related posts

PSJ sahibinin qardaşı: “Messi ilə danışıqlar başa çatdı”

Arif Turan

Azərbaycan şahmatçıları “New İn Chess” turnirində 1/4 finala yüksəliblər

Arif Turan

Azərbaycan idmançısı ermənini nokauta belə saldı – VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq