23 C
Baku
29 Sentyabr 2022 / 10:59

Dünyada milyonçuların sayı artıb

Dünyada dollar milyonçularının sayı 2021-ci ildə 5,2 milyon nəfər artaraq 62,5 milyona çatıb.

Bu barədə İsveçrənin “Credit Suisse” bankının çərşənbə axşamı açıqladığı hesabatda bildirilib.

Vurğulanıb ki,ötən il bu əsrin əvvəlindən bəri ümumi dünya sərvətinin artımı baxımından da rekord göstərici qeydə alınıb – 463,6 trilyon dollar. Bu sərvətin 45,6 faizi dünya əhalisinin bir faizinin əlində cəmləşib.

Hesabata əsasən, ölkənin hər bir yetkin sakininin sərvətinin həcminə görə dünya lideri İsveçrədir – 696,6 min dollar. Növbəti pillələrdə ABŞ, Honq-Konq və Avstraliya qərarlaşıb.

Mənbə: TASS

Related posts

“Sahibkardan pay istənilir, o da küsüb gedir”

Arif Turan

Dövlət Gömrük Komitəsinin sədri Türkiyənin ölkəmizdəki səfiri ilə görüşüb

Arif Turan

Azərbaycan əhalisi ötən ay əczaçılıq məhsullarına 77,7 mln. manat xərcləyib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq