4 C
Baku
04 Dekabr 2022 / 12:27

DTX-nin Mədəniyyət Mərkəzində Anım Günü ilə bağlı tədbir keçirildi – FOTO

27 Sentyabr – Anım Günü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Bakı Bələdiyyə Teatrının əməkdar artist, rejissor Bəhruz Vaqifoğlunun “Sən qayıdacaqsan” adlı pyesi əsasında hazırladığı eyniadlı tamaşa nümayiş olunub.

Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətindən bildirilib.

Tarix boyu Azərbaycan xalqına qarşı xüsusi amansızlıq və qəddarlıqla törədilən kütləvi qırğınlardan, müharibələrdə yaxınlarını itirən insanların acı taleyindən bəhs edən tamaşada Vətən müharibəsi iştirakçıları, DTX-nin əməkdaşları və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları və hərbi hissəsinin əsgərləri iştirak ediblər.

Səhnə əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Related posts

Prezident: “Qarabağ bölgəsində yaşayan ermənilər də artıq başa düşürlər ki, ancaq Azərbaycan dövləti çərçivəsində normal yaşaya bilərlər”

Arif Turan

Sabir Rüstəmxanlı: “Belə müsabiqələr Nizami irsinə marağın artırılması baxımından da mühüm önəm kəsb edir”

Arif Turan

Polad Bülbüloğlu Rusiyanın mədəniyyət naziri ilə görüşdü: Nələr müzakire edildi?

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq