“Bərdə rayonunda yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq faktı ilə bağlı daxil olmuş müraciətə əsasən dərhal aidiyyəti qurumlarla, Rayon İcra Hakimiyyəti və Bərdə Rayon Polis İdarəsi ilə əlaqə saxlanılmışdır”.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfər edilmiş, müvafiq söhbət aparılmış və 15 yaşlı qızın psixoloji vəziyyəti qiymətləndirilmişdir. Azyaşlının psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması nəzərdə tutulur.