5 C
Baku
07 Fevral 2023 / 09:57

Dörd ay Rusiya əsirliyi “Azov döyüşçüsü”nü tanınmaz hala saldı – FOTO

Ukrayna və Rusiya arasında baş tutan əsir mübadiləsi zamanı 215 şəxs əsirlikdən azad olunub.

Azad olunanlar arasında olan Mariupolun müdafiəçisi, 36-cı dəniz piyada briqadasının baş serjantı Mixail Dianov da evə qayıdıb.

Dörd ay Rusiya əsirliyində qaldıqdan sonra Mixailin sınmış qolu yanlış birləşib. Həmçinin qolunda dörd santimetr sümük çatışmır. İndi onun həm bərpaya, həm də köməyə ehtiyacı var.

Bu barədə “Sensor.NET”in jurnalisti Violetta Kirtoka öz “Facebook” səhifəsində yazıb.

Dəniz piyadası Mixail Dianov “Azovstal”dakı döyüşlər zamanı ağır yaralanıb. Onun hər iki ayağına güllə dəyib, sağ əlinin sümüyü əzilib. Mariupolun müdafiəçiləri “Azovstal”dan azad edildikdən sonra dörd ay Rusiya əsirliyində qalıb.

“Əsirliyin bədəli. Və düşmənlərimizin “insanlığının” bariz sübutu. Dörd aylıq əsirlikdən sonra sentyabrın 21-də azad edilən “Azovstal”ın müdafiəçisi Mixail Dianovun qolu… Yaralı qol nəinki yanlış birləşib, həmçinin qolun 4 santimetr sümüyü çatışmır. Müalicə və sağalma prosesi isə məlumdur ki, hələ uzun çəkəcək”, – deyə jurnalist qeyd edib.

Jurnalist həmçinin döyüşçüyə maddi yardım etməyə çağırıb.

“Bu şəkli açanda mən özüm fiziki ağrı hiss etdim. Bu sarsılmaz insanlar nələrdən keçib… İndi onların köməyimizə ehtiyacı var. Müxtəlif köməyə… Maddi, mənəvi, sosial, tibbi… “, – deyə  Violetta Kirtoka əlavə edib.

Related posts

İcra başçısı qəza törətdi

Arif Turan

Azərbaycandan Belarusa göndərilməsi nəzərdə tutulan qida məhsulları məhv edildi

Arif Turan

Rusiyada qadın özünün sürdüyü avtomobilin altında qaldı

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq