23 C
Baku
29 Sentyabr 2022 / 12:00

Direktor olmaq istəyənlərin nəzərinə!

Oktyabrın 1-dən direktor vəzifəsinə işə qəbul üzrə müsahibələrin ikinci mərhələsinə start verilir.

Təhsil Nazirliyindən Legitim.az-a verilən xəbərə görə, bu mərhələyə test imtahanı nəticəsi 30 bal və daha çox olan namizədlər dəvət olunacaq.

Tezliklə namizədlərin şəxsi səhifələrinə müsahibə qrafiki barədə məlumat göndəriləcək.

Namizədlər şəxsi səhifədə qeyd olunan vaxtdan 15 dəqiqə əvvəl tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin, təhsil haqqında sənəd və ona əlavənin (olduğu təqdirdə) əsli, əmək kitabçasının surəti) müsahibənin keçiriləcəyi ünvana gəlməlidirlər. Müsahibəyə gəlməyən namizədlər müsabiqədə iştirakdan imtina etmiş hesab olunacaq.

Müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılacaq.

Hər müsahibə gününün sonunda Təhsil Nazirliyinin rəsmi internet səhifəsindəki müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) həmin gün müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan ediləcək.

Related posts

Sabah hava necə olacaq? – PROQNOZ

Arif Turan

Bakının bu qəsəbələrində sabah SU OLMAYACAQ – SİYAHI

Arif Turan

Məhkumlarla görüşə gedənlərin NƏZƏRİNƏ

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq