27 C
Baku
14 İyun 2021 / 14:10

Deputat Sahil Babayevi Milli Məclisdə suallara cavab verməyə çağırıb

“Qanuna dəyişikliklərdə deputatların təkliflərinin heç biri nəzərə alınmayıb. Ona görə də bu qanuna səs vermək çətindir”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.

“Bir seçicim mənə deyir ki, komissiyadan onun təqaüdünü sərt danışdığına görə kəsiblər. Məgər sərt danışmağa görə belə edərlər? Əmək və əhalinin sosial müdafiəsi naziri gəlib Milli Məclisdə pensiyalarla, əlilliklə bağlı məsələlərə aydınlıq gətirməlidir. Yeni qanunlar qəbul edilərkən Azərbaycanın öz durumu əsas götürülməlidir. İnsanları narazı salmadan təqaüdlərin müəyyənləşməsində obyektivliyi və yeni yanaşmaları tətbiq etmək olar. Faizlər necə hesablanacaq və həmin qurumlar kimlər olacaq, onlar yalançı pensiya verənlərdən fərqlənməyənə qədər mən bu qanuna səs verə bilmərəm” – deputat vurğulayıb.

Related posts

Hansı partiya nə qədər pul alacaq? – Maliyyə Nazirliyi 857.5 min manatı hesablara köçürdü 16 Fevral, 2021 İtkin erməni hərbçilərin ailələrinə qarşı iyrənc cinayət – Ermənistanda sensasiyalı olay 16 Fevral, 2021 “Rusiya toqquşma istəsə, biz buna hazırıq” – NATO Baş katibi 16 Fevral, 2021 Əfv Komissiyasının iclası keçirilir 16 Fevral, 2021 “Pandemiyadan sonra biz qısa müddətdə vəziyyəti bərpa edəcəyik” – İlham Əliyev 16 Fevral, 2021 XİN Ermənistana cavab verib 16 Fevral, 2021 KİVDF niyə ləğv edildi? – Yeni icraçı direktor səbəbləri açıqladı 16 Fevral, 2021 “Ərdoğan “S-400” raketlərində güzəştə getməyəcək” – “Çünki mümkün güzəşt…” 16 Fevral, 2021 İlqar Məmmədov MSK-dan yer istəyir – “36 dairənin hərəsindən 1 yer bizə verilməlidir”

Arif Turan

Kanada Federal Parlamenti Çinin Uyğur Türklərinə qarşı tətbiqlərini “soyqırım” kimi qəbul etdi

Arif Turan

İlham Əliyev yenidən YAP sədri seçildi

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq