23 C
Baku
29 May 2023 / 00:01

Demokratiyanın Şərq lokomotivi: Türkiyənin may imtahanı – VİDEO

“Caliber” layihəsinin yutub kanalında yayımlanan yeni süjet Türkiyədə keçirilən parlament və prezident seçkilərinin təhlilinə həsr olunub.

Müəllif qeyd edir ki, istər seçkilərin birinci turunda qeydə alınan nəticələr, istərsə ölkədəki rəqabət mühiti, istərsə də seçicilərin fəallığı Türkiyədə demokratiyanın və şəffaflığın təzahürü kimi qiymətləndirilməlidir.

“Qərb mətbuatının və siyasi isteblişmentinin Türkiyəni idarə edən hazırkı prezidenti avtoritar, hətta bir qədər də irəli gedərək diktator kimi qələmə verməsinin tamamilə əsassız olduğu ortaya çıxdı. Seçkilər tam demokratik şəraitdə keçirildi. Uydurulmuş diktator mifi Türkiyə demokratiyasının parlaq Günəşi altında əriyib yox oldu”, – müəllif qeyd edir.

Müəllif həmçinin yüksək seçki mədəniyyəti nümayiş etdirən Türkiyə vətəndaşlarının ölkə və gələcək nəsillər qarşısında daşıdığı məsuliyyətə də xüsusi vurğu edib.

Legitim.az

VİDEO

Related posts

Türkiyədə FETÖ-ya qarşı növbəti əməliyyat: 30 nəfər saxlanıldı

Arif Turan

Casusluqda ittiham edilən robot tutuldu: Diplomatik böhran yarandı

Arif Turan

Meymunçiçəyi Azərbaycanın bir addımlığında

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq