20 C
Baku
22 May 2022 / 17:48

Çingiz Hüseynzadə Kamerunda idman obyektlərinə baxış keçirib

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Kamerun-2025 VI İslam Həmrəyliyi Oyunlarının təftiş komissiyasının sədri Çingiz Hüseynzadə Kameruna səfər edib.

MOK-un mətbuat xidmətindən verilən məlumata görə, Ç.Hüseynzadənin rəhbərlik etdiyi nümayəndə heyəti dövlət rəsmiləri – Kamerun Olimpiya Komitəsinin prezidenti Hamad Kalakaba, İdman naziri Narcisse Mouelle Kombi, Yaunde şəhərinin meri Messi Atanqana, Xarici işlər nazirlnin müavini Mbaya Feliks ilə görüşüblər.

Görüşlərdə ölkənin beynəlxalq idman tədbirinə hazırlıq prosesi müzakirə olunub. 2025-ci ildə Kamerunun İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi ilə əlaqədar komissiya üzvləri idman obyektlərinin vəziyyəti ilə tanış olub və ümumilikdə yarışların baş tutacağı infrastruktur sahələrinə baxış keçiriblər.

Related posts

İran hədələdi, ABŞ hərəkətə keçdi – Bölgədə hərbi fəallıq artır

Arif Turan

İsrailin Baş naziri İranın bu siyasətçilərini öldürəcəklərini DEDİ

Arif Turan

NASA-nın beşinci aparatı Marsa enib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq