23 C
Baku
29 Sentyabr 2022 / 12:27

Çin ordusuna məxsus 20 qırıcı Tayvanın hava məkanına daxil olub

Çin ordusunun Hərbi Hava Qüvvələrinə məxsus azı 20 təyyarə bu gün Tayvanın hava məkanı hesab edilən zonaya daxil olub.

Məlumatı Tayvan administrasiyası yayıb.

Hərbi manevrlər nəticəsində hər hansı insidentin qeydə alınmadığı bildirilir.

Qeyd edək ki, avqustun 4-dən etibarən Tayvan ətrafındakı günlük genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Səbəb ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri və bu səfər ətrafında Çinlə ABŞ arasında yaranan siyasi qarşıdurmadır.

Mənbə: TASS

Related posts

Dünyanın ən güclü orduları AÇIQLANDI

Arif Turan

Ermənistanda daha 151 nəfər koronavirusa yoluxdu

Arif Turan

Moskvada bazar sahibi olan erməni bayrağımızı ayaqlar altına sərdi – VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq