23 C
Baku
28 May 2023 / 22:57

Çikaqoda Azərbaycan bayrağı ucaldıldı

ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində 28 May Müstəqillik Günü münasibəti ilə Azərbaycan bayrağı ucaldılıb.

Üçrəngli bayrağımız Azərbaycan dövlət himninin sədaları altında havaya qaldırılıb.

Layihə Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə baş tutub.

ACMA-nın prezidenti Fərid Məmmədov açıqlamasında deyib ki, artıq ənənəyə çevrilmiş layihə hər il Azərbaycan üçün əlamətdar günlərdə təşkil olunur.

Qeyd edək ki, dövlət bayrağımız gün ərzində Çikaqo şəhərinin meriyası qarşısında – “The Daley Center”də dalğalanacaq.

Related posts

ATƏT sədri: “Bölgədə vəziyyət dəyişib”

Arif Turan

HDP-nin bağlanması gündəmdə – Konstitusiya Məhkəməsinə müraciət edilib

Arif Turan

ATƏT-dən sərhəddəki gərginliklə bağlı BƏYANAT

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq