23 C
Baku
29 Sentyabr 2022 / 11:01

Çaykənarı kənd məktəbinin direktor əvəzi və direktor müavini işdən çıxarıldı

Xaçmazın Çaykənarı kənd orta məktəbinin keçmiş müəllimi Rəvanə Məmmədovanın məktəbin fəaliyyəti haqda səsləndirdiyi bir sıra iddialara aydınlıq gətirilib.

Legitim.az xəbər verir ki, APA-nın sorğusuna cavab olaraq Quba-Xaçmaz Regional Təhsil İdarəsindən bildirilib ki, məktəbin müəllimi olmuş Rəvanə Məmmədovanın müraciətlərinə əsasən 2021-ci ilin noyabr ayında Xaçmaz Rayon Təhsil Şöbəsi tərəfindən Çaykənarı kənd tam orta məktəbində monitorinq aparılıb.

“Monitorinq zamanı məktəbin direktor əvəzi Nuriyyə Nurməmmədova və təşkilati işlər üzrə direktor müavini Rəşad İsayevin işlərində müəyyən nöqsanlar (aşkarlanan nöqsanlara görə həmin şəxslər haqqında intizam tənbeh tədbirləri görülüb) aşkarlansa da iddia edilən fikirlər təsdiqini tapmayıb. Belə ki, kitabxanada oxucu kartlarının pulla satılması, kitabxananın gündə 15 dəqiqə açılması, ocaqçının sobaları yandırmaması, müəllimlərin içkili dərsə gəlməsi, şagirdlərə dərman preparatlarının paylanılması fakları təsdiqlənməyib. 2022-ci ilin iyununda Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev və Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri İnqilab Musayev adıçəkilən məktəbdə olublar. Həmin zaman aşkarlanan nöqsanlara görə və daha öncəki nöqsanlar da aradan qaldırılmadığı üçün məktəbin təsərrüfat işləri üzrə direktor müavini və direktor əvəzi işdən azad ediliblər. Nuriyyə Nurməmmədova məktəbdə müəllim kimi saxlanılıb” – deyə qeyd edilib.

Həmçinin bildirilib ki, 2022-ci ilin iyun ayında Xaçmaz rayonu üzrə təhsil sektorunun əməkdaşları tərəfindən aparılan monitorinq nəticəsində bir neçə müəllimin, eyni zamanda Rəvanə Məmmədovanın heç bir səbəb göstərmədən bir neçə gün işdə olmadıqları aşkarlanıb və onların həmin günlərə olan əməkhaqları dayandırılıb.

Related posts

Sertifikasiya imtahanının ikinci mərhələsindən keçə bilməyən müəllimlər işdən çıxarılacaqlar – RƏSMİ

Arif Turan

Dövlət Proqramı çərçivəsində doktorantura təhsili üçün sənəd qəbulu sabah başa çatır

Arif Turan

Müəllim, direktor və müavinləri maaşdan əlavə nə qədər alacaqlar? – Cədvəl

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq