29 C
Baku
01 İyul 2022 / 18:06

Caydev Sinqh: “Azərbaycan qadınların səsvermə hüququnu ABŞ-dan əvvəl tanıyıb”

“Azərbaycan və ABŞ təxminən eyni vaxtda, yəni Azərbaycan 1918-ci ildə, ABŞ isə 1920-ci ildə qadınların səsvermə hüququnu tanıyıb”.

legitim.az  xəbər verir ki, bu fikirləri USAİD-in Azərbaycandakı missiya direktoru Caydev Sinqh Bakıda keçirilən “SHE 2022” konqresində çıxışı zamanı deyib.

C.Sinqh qeyd edib ki, hazırda da bir sıra ölkələrdə qadınlar bir sıra çağırışlarla üzləşirlər:

“Şimali Amerikada, Ruanda və Baltikyanı ölkələrdə qadınların bərabərliyinə üstünlük verilir. Bu gün qadınlar bir sıra çağırışlarla üzləşirlər, onlardan biri də eyni işə görə aşağı əmək haqqının alınması ilə bağlıdır.

Düşünürəm ki, qadınlara qoyulan investisiya iqtisadiyyata qoyulan investisiya kimi qiymətləndirilməlidir. Təbii ki, bu da iqtisadi inkişafa müsbət təsir etdi.

Azərbaycan torpaqlarını işğaldan azad etdi və hazırda həmin ərazilərin bərpası üçün işlər aparılır. Düşünürəm ki, bu prosesdə də qadınların rolunu artırmaq lazımdır”.

Related posts

Rasim Quliyev YAP-dan ÇIXARILDI

Arif Turan

Hikmət Hacıyev: “Kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar

Arif Turan

“36 milyon amerikalı aclıqdan əziyyət çəkir” – Bayden

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq