23 C
Baku
29 Sentyabr 2022 / 11:25

Cənubi Koreya prezidenti mikrofonu söndürməyi unudub konqresmenləri təhqir etdi

Cənubi Koreya Prezidenti Yun Sok Yol ABŞ lideri Cozef Baydenlə söhbətindən sonra ABŞ Konqresinin nümayəndələrini “axmaqlar” adlandırıb.

O, Ağ Ev rəhbəri ilə görüşdə müzakirə edilən QİÇS, Malyariya və Vərəmlə Mübarizə üzrə Qlobal Fonda nəzərdə tutulan 6 milyard dollarlıq yardımı nəzərdə tutaraq deyib: “Bu axmaqlar onu Konqresdə qəbul etməsələr, bu, Bayden üçün alçaldıcı olacaq”.

Amerikalı jurnalistlərin fikrincə, Cənubi koreyalı siyasətçi heç də amerikalıları açıq şəkildə alçaltmaq niyyətində olmayıb, lakin mikrofonu söndürməyi unudaraq uğursuz səhvə yol verib.

Seul Vaşinqtondan müttəfiqlərə edilən təhqiri təkzib etməyə gecikməyib. Cənubi Koreya israr edir ki, prezident amerikalılar haqqında mənfi ifadələr işlətməyib və qalmaqal səhv tərcümə ilə bağlıdır.

Mənbə: Oxu.az

Related posts

Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 5 mini ötüb

Arif Turan

Vyanada törədilən terrorda şübhəli bilinən şəxs saxlanıldı

Arif Turan

Urmu gölünün qurumasına etiraz edən 16 fəal həbs edildi – VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq