23 C
Baku
28 May 2023 / 22:59

Cəlilabadın sabiq icra başçısının cəzası azaldılıb

Cəlilabad rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

Şirvan Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfinin şikayəti qismən təmin edilib.

 

Hakim İsmayıl Əhmədovun sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə Namiq Zeynalovun cəzası 12 ildən 11 il 9 aya endirilib.

Hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılıb.

Xatırladaq ki, Namiq Zeynalov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunub. İş üzrə üzərinə həbs qoyulmuş əmlaklar dövlət nəfinə müsadirə edilib.

Related posts

Heidi Kühn: “Qarabağın minalardan təmizlənməsi üçün əlimizdən gələni edəcəyik”

Arif Turan

Türkiyədə turist avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 35 yaralı var – YENİLƏNİB + FOTO/VİDEO

Arif Turan

Rusiyada mikroavtobusla yük maşınları toqquşdu: 15 nəfər öldü – VİDEO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq