24 C
Baku
14 İyun 2021 / 11:46

Cəlilabadda su anbarında batan üç nəfərin meyiti tapılıb – TƏFƏRRÜAT

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Cəlilabad rayonunun Gülməmmədli kəndində 3 nəfərin ehtiyatsızlıqdan İncəçay su anbarına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən Legitim.az-a verilən xəbərə görə, məlumat daxil olan kimi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində saat təqribən 21:40 radələrində axtarışda olanlardan biri – Yaqubov Həsən Rizvan oğlunun (16 yaş), Yaqubov Hüseyn Rizvan oğlunun (17 yaş) və Yaqubov Həmzə Nizami oğlunun (6 yaş) meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Su anbarına düşənlərdən yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu digər üç şəxsin meyitini taparaq aidiyyəti üzrə təhvil verib.

Məlumata görə, hadisə su anbarının yanında şəkil çəkdirmək istəyən zaman baş verib. Faktla bağlı araşdırma aparılır. (report)

Related posts

ABŞ-da günahsız yerə həbs olunmuş üç məhbus 20 ildən sonra sərbəst buraxılıb

Arif Turan

Anar Bağırov Adil İsmayılovdan yazdı

Arif Turan

Azərbaycanda bu il məhkəmələrin saxlanılmasına ayrılan vəsait açıqlanıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq