29 C
Baku
01 İyul 2022 / 17:01

Bu uşaqlara 265 manat veriləcək – Rəsmi

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarda dəyişiklik edilib.

Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Sosial müdafiə və sosial təminat” bölməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmış vəsait hesabına normativlər üzrə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqla, və ya öz arzularına əsasən, 265 manat məbləğində pul kompensasiyası ilə, habelə respublika üzrə orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə təmin olunacaqlar.

Related posts

Azərbaycanda bayram tətili başlayır – Tarix

Arif Turan

Azərbaycan əhalisinin sayı 2021-ci il 1 fevral tarixinə olan sayı açıqlandı

Arif Turan

00-dən çox tələbənin təhsil haqqını mənimsəyən şöbə müdiri şantaj edir – Rektordan etiraf

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq