23 C
Baku
29 Sentyabr 2022 / 12:14

Britaniya kəşfiyyatı: “Ukraynada ən azı 10 rus generalı öldürülüb”

Müharibə başlayandan bəri Ukrayna ordusu azı 10 rus generalını öldürüb. Eyni zamanda, Rusiya qoşunlarının uğursuzluqları ən azı 6 komandirin vəzifəsini itirməyə səbəb olub.

Legitim.az “Report”a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, Rusiyanın Şərq və Qərb hərbi dairələrinin komandirləri vəzifələrini itiriblər.

General-polkovnik A.Çayka 2022-ci ilin mayında vəzifəsindən azad edilib. Çox güman ki, onu general-leytenant Vladimir Koçetkov əvəzləyib.

“İşdən çıxarılmaların təsirini Ukraynadakı müharibədə azı 10 rus generalının həlak olması faktı daha da artırır. Bu komandanlıq vəziyyətinin kumulyativ təsiri çox güman ki, Rusiyanın taktiki və əməliyyat problemlərini daha dərinləşdirəcək”- məlumatda deyilir.

Related posts

Suriyada partlayış nəticəsində ABŞ-ın 4 hərbçisi ölüb

Arif Turan

Co Bayden Fələstin prezidenti ilə görüşdü – VİDEO

Arif Turan

Gürcüstanın müxalifət liderinin apellyasiya şikayəti rədd edilib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq