12 C
Baku
12 May 2021 / 05:41

BP-Azərbaycanda işləyən milli kadrların sayı

Birinci rübün sonuna BP şirkətinin işçisi olan Azərbaycan vətəndaşlarının sayı 2425 nəfər təşkil edib.

Legitim.az xəbər verir ki, “BP Azerbaijan” şirkətindən verilən məlumata görə, buraya müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

“2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100 faiz yerli vətəndaşlardan ibarətdir. BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək”, – deyə məlumatda qeyd olunur.

Related posts

AMB-nin valyuta məzənnələri

Arif Turan

Vətən müharibəsi iştirakçıları və ailə üzvlərinin 1,5 milyon manatlıq borcları ödənilib

Arif Turan

Bakıda qar yağacaq – Xəbərdarlıq

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq