5 C
Baku
07 Fevral 2023 / 10:10

Borcverənin müqavilə ilə faiz almaq hüququ tanınacaq

Borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətlər konseptual olaraq təkmilləşdirilir.

APA xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda borc müqaviləsinin predmeti pul məbləği olduğu halda o, kredit müqaviləsi hesab olunur.

Təklif olunan dəyişikliyə əsasən, bu tələb aradan qaldırılır. Bu isə pul vəsaitləri ilə bağlı borc müqavilələrinin tanınmasına, habelə müqavilə üzrə tərəflər arasında yaranacaq mübahisələrin hüquqi müstəvidə çözülməsinə və hüquqi qiymət vermənin səmərəliliyinin artmasına son nəticədə hüquqların daha etibarlı qorunmasına imkan verəcək. Eyni zamanda borcverənin borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququnun tanınması da təmin ediləcək. Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin məbləği və hesablanma qaydası tərəflərin razılaşma qaydası ilə müəyyən ediləcək. Borcdan istifadəyə görə faiz nəzərdə tutulubsa, müvafiq məbləğ müqavilədə müəyyənləşdirilməyibsə, həmin faizin və məbləğin hesablanma qaydası və müddəti qanunla tənzimlənəcək. Faizlər yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə aid olunacaq.

Bankın və digər kredit təşkilatının borc (kredit) verməsi ilə digər şəxslərin borc verməsi diferensiasiya olunur. Belə ki, gəlir əldə etmək məqsədi ilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi bank və digər kredit təşkilatları tərəfindən həyata keçirilə bilər. Bununla da borc müqaviləsinin bir növüolaraq kredit müqviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq, kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs (bank və ya digər kredit təşkilatı) ola bilər. Kredit müqaviləsi mahiyyətcə borc müqaviləsi olduğundan borc müqaviləsi haqqında müddəalar kredit müqaviləsinə də şamil ediləcək.

Related posts

Şəmkirdə “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Arif Turan

Pandemiyadan zərər çəkən sahibkarlara bu il veriləcək kreditlərin həcmi açıqlanıb

Arif Turan

Prezidentdən 6 milyon manatlıq SƏRƏNCAM

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq