20 C
Baku
22 May 2022 / 18:23

Blinkendən Azərbaycanla Ermənistanın sülh danışıqları barədə – Açıqlama

Xəbər verdiyimiz kimi, bu gün Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Entoni Blinken Prezident İlham Əliyevə zəng edib.

Legitim.az xəbər verir ki, telefon danışığı əsnasında ABŞ Dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Entoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Related posts

Müharibəyə hazırlıqlar başladı

Arif Turan

“GTA 6” kompüter oyununun hazırlanması üzrə işlər gedir

Arif Turan

Serj Sarkisyan koronavirusa yoluxub

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq