12 C
Baku
12 May 2021 / 05:33

“Belə çıxır ki, dövlət orqanları pullu xidmət göstərir” – Deputat

“Vətəndaş dövlətin idarəetmə xərclərini vergi ödəməklə öz üzərinə götürür. Ancaq vətəndaş hər hansı məsələ üçün müraciət edəndə deyirlər ki, filan qədər rüsum ödə. Belə çıxır ki, dövlət orqanları pullu xidmət göstərir”.

Legitim.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə deyib.

O, dənizçilərin vəsiqə üçün ödədiyi rüsuma etiraz edib: “Bir dənizçi adicə vəsiqə üçün 40 manat niyə ödəməlidir? Əgər vəsiqəni itiribsə, bu, öz səhvi ucbatından baş veribsə, rüsum ödəyib yenisini almalıdır. Amma kimsə şəxsiyyət vəsiqəsi alırsa, ya vaxtı bitib dəyişirsə niyə rüsum ödəsin ki?!

Onsuz da bir qrup əhalinin vəziyyəti yaxşı deyil. Bu məsələlərə yenidən konseptual şəkildə baxılmalı, vətəndaşlardan pul yığılmasına son qoyulmalıdır”. (qafqazinfo)

Related posts

Qərbdən Rusiyaya kəskin etiraz – ABŞ və Avropa ölkələri Putini Navalnını azad etməyə çağırır

Arif Turan

Ermənistan idarəolunmaz böhrana girdi – Crbaşyan

Arif Turan

Sergey Lavrov: “Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq