23 C
Baku
29 May 2023 / 00:29

Barəsində saxta məlumat yayılmış müstəntiq arvadını məhkəməyə verdi

Hüseynova Nərgiz Məhəmməd qızı müxtəlif internet saytlarına mənim barəmdə müsahibə verərək, şərəf və ləyaqətimi ləkələyən, həqiqətə uyğun olmayan böhtan xarakterli məlumatlar yaymışdır. Nərgiz Hüseynova verdiyi müsahibələrində ona fiziki işgəncələr verdiyimi, azadlığını məhdudlaşdırdığımı, dövlətin mənə verdiyi odlu silahı onun başına tuşlayıb onu  öldürməklə hədələdiyimi söyləmişdir.

Bu barədə Hərbi Prokurorluğun böyük müstəntiqi, ədliyyə müşaviri Ceyhun Hüseynov Legitim.az-a müsahibəsində bildirmişdir. O qeyd edir ki:

Hüseynova Nərgiz Məhəmməd qızının barəmdə yaydığı məlumatlar tamamilə şər və böhtandan ibarətdir, qərəzli şəkildə iş kollektivində, məni tanıyan şəxslər arasında nüfuzumu aşağı salmaq, şərəf və ləyaqətimi alçaltmaqdan ötrü edilmişdir. Buna görə də onun barəsində AR Cinayət Məcəlləsinin 147.2-ci(ağır və xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cinayət işinin başlanmasını və Nərgiz Hüseynovanın 6 ay müddətində azadlıqdan məhrum edilməsini məhkəmədən xahiş etmişəm.

Adı çəkilən şəxs Nərgiz Hüseynovanı xüsusi ittiham qardasında məhkəməyə vermiş, hal-hazırda iş Sabunçu Rayon Məhkəməsinin hakimi Elnurə Rəcəbovanının icraatındadır. Qeyd etdiyimiz iş üzrə 26 may 2023-cü il saat 15:00 a da məhkəmə prosesi təyin olunmuşdur.

Related posts

Goranboyda yol qəzasında ölən şəxslərin kimliyi bəlli oldu – YENİLƏNİB + FOTO

Arif Turan

Məktəbdə şagird sinif yoldaşını döyüb videoya çəkdi – Rəsmi açıqlama + Video

Arif Turan

“Vəli Ələsgərov həbsdən buraxılan kimi Naxçıvanı tərk etdi” – Sabiq MTN naziri Bakıdadır

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq