23 C
Baku
29 May 2023 / 00:39

“BANDOTDEL” məhkəmə qərarını icra etmir – Nazirə MÜRACİƏT

Legitim.az saytı olaraq vətəndaşların üzləşdiyi problemləri və qanuna zidd halları işıqlandırmağa davam edirik. Bu vətəndaşlar biri də vətəndaş Həsənov Əzim Asəf oğludur. Vətəndaş öz müraciətində cəmiyyət arasında “BANDİTİZM” olaraq bilinən AR DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının onun avtomobilini 2 ilə yaxındır ki, qanunsuz olaraq saxlamaqdadırlar. Vətəndaş mülkiyyətinin qanunsuz olaraq saxlanılması ilə bağlı çoxsaylı dövlət orqanlarına müraciət etmiş, lakin avtomobilini geri ala bilmədiyindən cənab Nazir Vilayət Eyvazova növbəti müraciətini KİV vasitəsi ilə edir.

“Bildirirəm ki, AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən şəxsi avtomobilim əlimdən alınmış və mülkiyyət hüquqlarım kobud şəkildə pozulmuşdur. Belə ki, tərəfimdən maddi ehtiyaclarım üçün “Land Rover Range Rover” minik markalı, 10-SS-014 dövlət qeydiyyat nişanlı avtomobilimin icarəyə verilməsi qərarına gəlmişdim. Bu səbəbdən də “VİP CARS” MMC vasitəsi ilə Hüseynov Mətləb Nüsrəddin oğluna avtomobilimi icarəyə verdim. Həmin şəxsin özü ilə heç bir tanışlığım yox idi. Avtomobilimi icarəyə verməkdə məqsədim isə borclarımı və kreditlərimi ödəməkdən ibarət idi.”

“Lakin 2019-cu ilin aprel ayında Mətləb Hüseynov AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra mənim avtomobilimin qanunsuz saxlanılması günləri başlandı. Müstəntiq Fəxri Babazadə 2 ilə yaxın müddətdir ki, həmin avtomobili mənə qaytarmaqdan qərəzli olaraq imtina edir. Buna görə də mən məcbur qalıb məhkəmə nəzarəti qaydasında Nərimanov rayon Məhkəməsinə müraciət etdim və məhkəmənin 16.09.2021-ci il tarixli qərarı ilə şikayətim təmin olunaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Babazadə Fəxri Baba oğlunun mülkiyyət hüququ əsasında Həsənov Əzim Asəf oğluna məxsus “Land Rover Range Rover” minik markalı, 10-SS-014 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçiyə qaytarılmamasına dair hərəkəti qanunsuz hesab edilmişdir. Həmçinin qərarın icrasına nəzarət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora tapşırılmışdır.”

“Lakin bugünki günə qədər məhkəmənin qərarına AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi məhəl qoymamağa davam edir. Hazırda isə mənə qarşı qanunsuzluq davam edir. Bu qanunsuz əməllər ilə bağlı müraciət etmədiyim heç bir qurum qalmamışdır. Bu idarənin etdikləri isə tamamilə qanundan üstünlükdür və heç bir formada bu əsassız hərəkətlərin qarşısı alınmır. Hər hansı bir cinayət əməli ilə əlaqəmin olmamasına baxmayaraq mən 2 ildir ki, BMCMİ-nin və məhkəmənin yollarında öz mülkiyyətimi tələb edirəm. Görünür həmin İdarəyə mülkiyyət hüququnun toxunulmaz olmasını xatırlatmaq lazımdır. Əks halda vətəndaşların mülkiyyət hüquqları bu formada kobudcasına pozulmağa davam edəcəkdir.”

“Hazırda AR DİN BMCMİ müstəntiqi Fəxri Babazadənin bu formada Azərbaycan Respublikasının Məhkəməsinin qərarına zidd formada hərəkətlər etməsi və qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməməsi birbaşa cinayət məsuliyyətinin tərkibini yaradır. Belə ki, AR Cinayət Məcəlləsinin 306.2-ci maddəsində göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli hesab olunur.”

“Hörmətli cənab Nazir! Mənim hazırki müraciətim yalnızca öz mülkiyyətimi qorumaq və geri almaq məqsədi daşıyır. Sizlərdən heç bir əlavə imtiyaz və güzəşt istəmirəm. Hesab edirəm ki, mülkiyyət hüquqlarımı pozan bu qanunsuz hərəkətlər dayandırılacaq.”

“Sizdən xahiş edirəm Nərimanov rayon Məhkəməsinin 16.09.2021-ci il tarixli, 6(005)-108/2021 saylı qərarının icrasını təmin edərək AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qanunsuz olaraq saxladığı “Land Rover Range Rover” minik markalı, 10-SS-014 dövlət qeydiyyat nişanlı avtomobilimin mənə geri qaytarılmasını təmin edəsiniz.”

Qeyd edək ki, müraciətdə bəhs edilən mövzu ilə bağlı qarşı tərəfində mövqeyini öz saytımızda dərc etməyə hazırıq.

Related posts

Vəkillər Kollegiyasının iclası keçirilib – 1 nəfər yeni üzv qəbul olunub 2 nəfərin vəkillik fəaliyyəti bərpa edilib

Arif Turan

Polislərə qarşı zor tətbiq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Arif Turan

Nazim İbrahimovun qardaşı məhkəmə qarşısına çıxarılır

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq