Balakən rayonunda qadın bıçaqlanıb.
Oxu.Az-ın məlumatına görə, Natiq İbrahimov arvadı, 1985-ci il təvəllüdlü Rəvanə Məmmədovaya xəsarət yetirib.
Onun hadisəni qısqanclıq zəminində törətdiyi bildirilib.
Qadın xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.AZ-a bildirib ki, qadına bıçaqla xəsarət yetirən Natiq İbrahimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib:
“Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir”.
İlhamə Əbülfət