23 C
Baku
28 May 2023 / 23:50

Bakının 14 yolunda sürət həddi endiriləcək: Birində artıq tətbiq olunur

Bakının əsas prospektlərindən sayılan Heydər Əliyev prospektində sürət həddi endirilib.

Sürət yolun 110 km/saatlıq hissəsində 90 km/saata, 90 km/saatlıq hissədə isə 70 km/saat olaraq dəyişdirilib.

Qeyd edək ki, bir neçə gün öncə Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli paytaxt ərazisində yol nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə 14 yolda sürət hədlərinin endirilməsi ilə bağlı təkliflər hazırlandığını açıqlamışdı.

Heydər Əliyev prospektindən sonra mərhələli şəkildə digər küçə və prospektlərdə də sürət həddinin endirilməsinə dair müvafiq yol nişanları quraşdırılması nəzərdə tutulub.

Related posts

Qalmaqallı uşaq evinin direktoru işdən çıxarıldı – FOTO/VİDEO

Arif Turan

DSX-nin əsgəri vəfat edib

Arif Turan

FHN-in təyyarəsi Lənkərana qəza eniş etdi

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq