25 C
Baku
07 Avqust 2022 / 23:51

Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin konfransı başlayır

Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı öz işinə başlayır.

Konfrans “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunub.

Tədbirdə dünyanın 40-dan çox ölkəsinin parlament nümayəndə heyətlərinin, doqquz beynəlxalq parlament təşkilatının təmsilçilərinin iştirakı gözlənilir. Konfransda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydaları, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, “Bakı Bəyannaməsi” qəbul olunacaq, qurumun sədri və sədr müavinləri seçiləcəklər.

Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Konfrans çərçivəsində tədbir iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Mədəniyyət Paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.

Related posts

Qüdrət Həsənquliyev: “Qarabağı cənnətə çevirmək istəyiriksə, niyə həmin şəhərlərdən birini paytaxt elan etməyək?”

Arif Turan

Qazaxın kəndləri Azərbaycana qaytarılır – Erməni deputatdan “bunun vaxtı çatdı” açıqlaması

Arif Turan

Azərbaycan hərbçiləri: “İşğal olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaq”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq