Bakının Qaradağ rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Xəbər verir ki, hadisə Ümid qəsəbəsində qeydə alınıb.
1976-ci il təvəllüdlü Hüseynova Gülnar Muxtar qızı yolu keçərkən onu minik avtomobili vurub.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.