20 C
Baku
22 May 2022 / 17:34

Bakıda polkovnik-leytenant iş başında ÖLDÜ – FOTO

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.

Legitim.az  “qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.

İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Anar oğlu Səfərov xidməti otağında olarkən onun halı qəfil pisləşib.

Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun həyatını xilas etmək mümlün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, vəfat edən polis zabiti 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin müavini olmuş Anar Səfərovun oğludur. O, həmçinin Naxçıvan MR Ali Məclisinin üçüncü çağırış deputatı olub.

Related posts

“Hazırda bir sənədin notarial təsdiqinin qiyməti 3 manatdır” – Notariat Palatasının sədri

Arif Turan

Kərəm Həsənovun bacısına 1 milyon atan “baxıcı”lardan XƏBƏR VAR

Arif Turan

Bu il Azərbaycan və ona bitişik ərazilərdə 6604 zəlzələ qeydə alınıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq