27 C
Baku
07 Avqust 2022 / 22:53

Bakıda kürəkən qaynının gözünü çıxarıb

Bakıda qaynının gözünü çıxaran 38 yaşlı Tural Məmmədquluyevə hökm oxunub.

Legitim.az “qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirləndirilən şəxsə şərti cəza verilib və o, iyunun 22-də məhkəmə zalından azadlığa buraxılıb.

Araşdırmalar zamanı məlum olub ki, Tural Məmmədquliyev 2011-ci ildə ailə həyatı qurub. Lakin 2021-ci ildə onun həyat yoldaşı ilə münasibətləri pozulub. Bu səbəbdən qadın onu tərk edərək 2 övladı ilə birgə anasının Qaradağ rayonu Müşfiq qəsəbəsindəki evinə köçüb. Daha sonra isə Turalın qayınları ilə münasibəti pisləşib.

Bu ilin yanvarında isə şirkətlərdən birində fəhlə işləyən Turalın qaynı Allahverənin “Alik” ləqəbli dostu ona zəng edib. Həmin şəxs Turala Allahverəni və ailəsini narahat etməsi haqda irad bildirib.

Bundan sonra Tural qaynına ailə məsələsi barədə dostuna danışdığı üçün əsəbiləşib. O, yanvarın 23-də saat 21 radələrində qayınanasının evinə gedib, lakin Allahverən evdə olmayıb.

Daha sonra küçəyə çıxan Tural Allahverənin gəldiyini görüb və onunla mübahisə edib. Bu zaman həmin şəxs qəfil hərəkətlə qaynının gözünə zərbə endirib.

Zərbənin təsirindən Allahverən yıxılıb və gözündən qan gəlib. Dərhal xəstəxanaya çatdırılan şəxsin gözünün çıxdığı və bir gözünün görmə qabiliyyətinin tam itirilməsi diaqnozu qoyulub.

Daha sonra ailəsi Allahverəni Türkiyəyə aparıb müalicə etdirmək istəsə də, orada da onun gözünün görmə qabiliyyətinin bərpa edilməsinin mümkünsüz olduğu, gözün daxili möhtəviyyatının xaric olduğunu bildiriblər və şüşə göz qoyublar.

Məhkəmədə zərərçəkmiş şəxs Turalı bağışladığını və onun həbsdən azad edilməsini istədiyini deyib.

Hadisəni törədən şəxs də qaynını yumruqla vurarkən onun gözünün çıxacağını düşünmədiyini və belə bir niyyətinin olmadığını, hava qaranlıq olduğu üçün belə bir halın yaşandığını deyib. O, əməlindən peşman olduğunu bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu ilin 14 fevral tarixindən həbsdə saxlanılan şəxs məhkəmə zalından azadlığa buraxılıb və ona 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.

Related posts

Bakıda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

Arif Turan

Gəncədə yanğın təhlükəsizliyi qaydalarını pozan mebel sexinin fəaliyyəti dayandırılıb – VİDEO

Arif Turan

Bakıda nadir tapılan çəhrayı yaqut daşını oğurlayan şəxslər tutulub

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq