29 C
Baku
01 İyul 2022 / 18:16

Bakıda iş adamına qarşı yarım milyonluq dələduzluq

Bakıda iş adamına qarşı 502 min manatlıq dələduzluq etdiyi bildirilən şəxsə cinayət işi açılıb.

legitim.az“Qafqazinfo”a istinadan xəbər verir ki , tikinti materiallarının satışı ilə məşğul olan 1968-ci il təvəllüdlü Yavər Seyidovun müraciəti əsasında aparılan araşdırmalar nəticəsində Minavəddin Əbdürəhimov adlı şəxs barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə iş açılıb.

İlkin araşdırmalar zamanı onun iş adamına məxsus 502 min manatlıq mal və məhsulları ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bir müddət əvvəl Y.Seyidov mətbuata da müraciət edərək M.Əbdürrəhimov tərəfindən dələduzluğa məruz qaldığını bildirmişdi.

Related posts

Gömrük Komitəsinin sədri hüquqpozma faktlarından danışıb

Arif Turan

Mingəçevirdə bir nəfər kanalda batdı

Arif Turan

Bərdədə ev yanıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq