26 C
Baku
29 Sentyabr 2022 / 12:57

Bakıda Göyçay sakini məktəbin qarşısında ürəyindən bıçaqlandı

Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər ürək nahiyəsindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 148 nömrəli məktəbin qarşısında Göyçay rayon sakini 1983-cü il təvəllüdlü Əliyev Dilqəm Nazim oğlu naməlum şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları əməliyyat-axtarış işləri aparır.

Related posts

Astara sakini əmioğlusunu öldürüb

Arif Turan

Azərbaycanda ağır qəza: Ana öldü, övladının ayağı amputasiya edildi

Arif Turan

Azərbaycan ordusunun zabiti özünü güllələyib

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq