5 C
Baku
07 Fevral 2023 / 10:12

Bakıda 16 yaşlı cüdoçu bıçaqlanıb – VİDEO

Dünən Bakıda, Şağan Olimpiya Kompleksində qətl hadisəsi törədilib. 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı 2006-cı il təvəllüdlü Tural Rüstəmova bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

Legitim.az 16 yaşlı Turalın bıçaqlanma anının videosunu təqdim edir:

Qeyd edək ki, tərəflərin mübahisəsinə isə Tural Rüstəmovun ayağını oturacağın üzərinə qoyması səbəb olub. Ruslan isə bunu Turala irad bildirib. Nəticədə tərəflərin mübahisəsi qanla yekunlaşıb.

Cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.

Onu da əlavə edək ki, hadisə “Arifoğlu” cüdo klubunun sözügedən Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turniri zamanı baş verib.

Related posts

Zahir Əmənov azadlığa buraxıldı

Arif Turan

Bərdədə ev yanıb

Arif Turan

İsmayıllıda avtomobil aşıb, 5 nəfər xəsarət alıb – FOTO

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq