5 C
Baku
07 Fevral 2023 / 09:38

Bakı-Sumqayıt qatarlarının sayı artırılır – CƏDVƏL

Abşeron dairəvi dəmir yolu xəttində yaranmış sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə 21 oktyabr tarixindən bu xətt üzrə hərəkət edən qatarların sayı artırılacaq.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin açıqlamasında deyilir.

Belə ki, sərnişinlərin müraciətləri nəzərə alınaraq Bakı-Pirşağı-Sumqayıt istiqamətində olan reyslərin sayı 12-dən 16-ya, əks istiqamətdə isə 13-dən 17-yə artırılıb, eləcə də bəzilərinin vaxtında dəyişiklik edilib.

O cümlədən Xırdalanla Bakı arasında sərnişin axınının güclənməsi müşahidə olunduğundan Bakı-Xırdalan istiqamətində 6003, Xırdalan-Bakı istiqamətində isə 6008 nömrəli qatarlar əlavə olunub.

Yeni cədvəlləri təqdim edirik. Qeyd edək ki, cədvəllərdə əlavə olunmuş reyslər qırmızı, dəyişiklik olunmuş reyslər isə sarı rənglə fərqləndirilib.

 

Related posts

Lavrov: “Bakı və İrəvan vəziyyətin normallaşmasında maraqlıdır”

Legitim Legitim

“Azercell” şəhidin ailəsini himayayə götürdü

Arif Turan

Vətən müharibəsi şəhidlərinin yeni siyahısı AÇIQLAMA

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq