23 C
Baku
29 Sentyabr 2022 / 11:06

Bakı metrosunda sıxlıq: Sərnişinlər stansiyaya daxil olmaqda çətinlik çəkirlər

Bakı metrosunda yaranan sıxlıq sərnişinlərin stansiyalara girişinə çətinlik yaradıb.

Legitim.Az xəbər verir ki, problemi əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Vətəndaşlar iddia edirlər ki, foto “Elmlər Akademiyası” stansiyasında lentə alınıb. Amma bənzər vəziyyət metronun “28 May” stansiyasında da müşahidə edilir.

Vəziyyətlə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  açıqlamasında bildirib ki, stansiyalara girişin məhdudlaşdırılması ilə bağlı yayılan məlumatlar əsassızdır:

“Mövcud vəziyyətdə sərnişin axınının çoxluğu sıxlıq yaradır. Sıxlığı aradan qaldırmaq üçün görülən tədbirlər sərnişin təhlükəsizliyi tələblərinə əməl olunmaqla həyata keçirilir”.

Related posts

Sabah hava necə olacaq?

Arif Turan

Sabahın hava proqnozu açıqlanıb

Arif Turan

Eldəniz Səlimov: “Çay evində əsəbləşib polisə xəsarət yetirdim”

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq