12 C
Baku
12 May 2021 / 07:17

Bələdiyyə sədri cərimələndi

Daxili İşlər Nazirliyi sanitariya-gigiyena qaydalarının pozulmasına qarşı reyd keçirib.

DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, mayın 1-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində keçirilən tədbir zamanı qəsəbə ərazisində sənaye və məişət tullantılarının qalaqlanması aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Mehdiabad Bələdiyyəsinin sədri V.Hüseynov barəsində protokol tərtib edilərək 3000 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Binəqədi rayonu ərazisində keçirilən tədbir zamanı isə Biləcəri qəsəbəsinin Vağzalyanı küçəsindəki binaların birinin həyətində bərk tullantıların qalaqlanması aşkar edilib.

Həmin binada yaşayan vətəndaş Y.Rəcəbov  barəsində də İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə protokol tərtib edilərək 500 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Related posts

Türkiyə Ordusunun hərbçisi terrorçularla atışmada şəhid olub

Arif Turan

Böyükşor gölünün istifadəsi və mühafizəsi sahəsində idarəetmə ETSN-ə həvalə edilib

Arif Turan

HƏBS EDİLƏN İCRA BAŞÇILARININ ƏVVƏLKİ PEŞƏLƏRİ… – Haradan haraya

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq