23 C
Baku
28 May 2023 / 23:58

“Aztelekom”un Baş direktor əvəzi: “Hazırda transformasiya dövrü keçirik”

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC hazırda transformasiya dövrü keçir.

“Legitim” xəbər verir ki, bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2023” konfransında şirkətin Baş direktoru vəzifəsini icra edən Elçin Niyazov bildirib.

Onun sözlərinə görə, “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonuna qədər Azərbaycanın bütün ərazisi genişzolaqlı internetlə təmin olunacaq.

“Hazırda Azərbaycanda 1,02 milyon ev təsərrüfatı yüksəksürətli internetlə təmin edilib. Bu da ümumi ev təsərrüfatlarının 39 %-ni təşkil edir. Yüksəksürətli internet istifadəçilərinin sayı ilə yanaşı, ölkədə internetin median sürəti də artmaqdadır. Son vaxtlar bu göstərici 40 % artaraq 27,8 MB/s-yə yüksəlib”, – deyə Baş direktor əvəzi qeyd edib.

Related posts

“Azercell Telecom” rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!

Arif Turan

NK: Tenderlərdə müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir

Arif Turan

Günün məzənnələri

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq