27 C
Baku
14 İyun 2021 / 13:15

“Azərkosmos” fəaliyyətinin son ilini zərərlə başa vurub

“Azərkosmos” ASC 2020-cu ili 5,005 milyon manat mənfəətlə başa vurub. Halbuki, qurum 2019-cu ildən 3,618 milyon manat mənfəətlə çıxmışdı.
 
Legitim.az xəbər verir ki, ötən il “Azərkosmos”un göstərdiyi xidmətlərin satışından gəlirləri 54,339 milyon manat (əvvəlki ilə nisbətən 4,5% çox), xidmətlərinin maya dəyəri 45,292 milyon manat (19,3% çox), ümumi və inzibati xərcləri 9,745 milyon manat (8,7% az), ticarətdən debitor borcları üzrə xalis dəyərsizləşmə gəliri 28 min manat (əvvəlki il zərər olub), maliyyə gəlirləri 10,268 milyon manat (16,1% az), maliyyə xərcləri 20,579 milyon manat (14,2% az), sair gəlirləri isə 21,285 milyon manat (32,65 dəfə çox) təşkil edib. Səhmdar cəmiyyəti mənfəət vergisi ödəməyib.
Bu il yanvarın 1-nə “Azərkosmos”un aktivləri 592,482 milyon manat olub ki, bu da illik müqayisədə 5,75% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 8,9% azalaraq 604,68 milyon manata, balans kapitalının çatışmazlığı isə 65,3% azalaraq 12,198 milyon manata düşüb, o cümlədən nizamnamə kapitalı 2,7 dəfə artaraq 169,306 milyon manat olub.
Xatırladaq ki, “Azərkosmos” 2011-ci ildə yaradılıb. 100% dövlətə məxsus səhmdar cəmiyyəti Prezident İlham Əliyevin bu il aprelin 27-də imzaladığı Fərmanla Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərkibində Kosmik Agentliyə çevrilib.

Related posts

Azərbaycan nefti yenidən bahalaşıb

Arif Turan

Azərbaycan neftinin son qiyməti

Arif Turan

Neft bahalaşıb

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq