29 C
Baku
01 İyul 2022 / 17:02

Azərbaycanlı qadın vəkil Beynəlxalq Hüquqşünaslar Birliyinin idarə heyətinə seçildi – FOTO

Azərbaycan Vəkillər Kollegiyasının və İstanbul 2 saylı Vəkillər Kollegiyasının üzvü Aygün Əliyeva Beynəlxalq Hüquqşünaslar Birliyinin (UHUB) idarə heyətinə seçilib.

Legitim.az  xəbər verir ki, həmyerlimizin seçilməsi Beynəlxalq Hüquqşünaslar İttifaqının (UHUB) 19 may 2022-ci il tarixində keçirilən Baş Assambleyasında baş tutub.

Azərbaycanlı vəkil 40 ölkədən 250 hüquqşünasın iştirak etdiyi İslam Dünyası Hüquq Konqresində “Ermənistan tərəfindən Azərbaycana qarşı beynəlxalq hüquq və insan haqlarının pozulması” mövzusunda məruzə ilə çıxış edib.

Onun sözlərinə görə, beynəlxalq platformada ümumbəşəri ədalətə çağırış edərək Azərbaycanı təmsil etmək, onun haqq səsini dünyaya çatdırmaq çox qürurvericidir.

Qeyd edək ki, Beynəlxalq Hüquqşünaslar Birliyi (UHUB) tərəfindən Konya şəhər bələdiyyəsinin dəstəyi ilə 20-22 may tarixlərində Konyada təşkil edilən İslam Dünyası Hüquqşünaslar Birliyinin Beynəlxalq Hüquq Konqresi beş iclasdan ibarətdir.

Qurultayda UHUB-un üzvü olan Azərbaycan Vəkillər Kollegiyasının üzvü vəkil Emin Zeynalov və hüquqşünas Ayşən Əkbərli də iştirak edirlər.

Related posts

Əhməd Oğuz vəfat edib

Arif Turan

Kəlbəcərin Məmmədsəfi kəndindən – VİDEOGÖRÜNTÜLƏR

Arif Turan

Prezidentin Təhlükəsizlik Xidmətinin hərbi qulluqçuları təltif edildi – SƏRƏNCAM

Arif Turan

Bizi Facebook-da izlə

Facebook səhifəmizi bəyənərək ən son xəbərləri izləyə bilərsiniz


Pəncərə 15 saniyə sonra avtomatik bağlanacaq