“ARB” kanalında yayımlanan “Həmin Zaur” verilişində müğənni Kəmalə Qaramollayevanın ifası yarımçıq kəsilib.
Legitim.az xəbər verir ki, buna səbəb isə onun geyindiyi dekolteli libası olub.
Kəmalə rəqs edən zaman qara rəngli pencəyinin yaxa hissəsi açılıb. Həmin an efir yarımçıq kəsilib və hava proqnozu yayımlanıb.
Veriliş efirə qayıtdıqda Qaramollayevanın pencəyinin ön hissəsi bağlı olub.
Məsələ ilə bağlı telekanalın mətbuat katibi Mail Əsgərov Legitim.az-a açıqlamasında bildirib ki, son zamanlar qonaqlardan kanalın geyim standartlarına uyğun libas geyinmələri tələb edilir:
“Ötən gün “Həmin Zaur” verilişində qonaq bu tələblərdən bir az kənara çıxıb. Buna görə də qısa fasilə verilib, məsələ həll edilib, yenidən efirə qayıdılıb. Şirkətdə geyimlə bağlı xüsusi komanda var. Bu komandanın köməyi ilə məsələ həll edilib”.
Legitim.az